Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda zəncəfilin qiyməti inanılmaz həddə çatdı - FOTO

Azərbaycanda zəncəfilin qiyməti inanılmaz həddə çatdı - FOTO

Azərbaycanda zəncəfilin qiyməti inanılmaz həddə çatdı - FOTO
2020-03-29 , 15:36

Dünyada və Azərbaycanda koronavirusun (COVID -19) yayılmasından sonra bu pandemiyadan qorunmaq üçün Azərbaycanda sarımsaqdan sonra zəncəfilə kəskin tələbat artıb. Hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti 20-50 manat civarında dəyişir.


BakuPost.az xəbər verir ki, Report bir sıra mağazalarda araşdırma aparıb və məlum olub ki, hazırda “Araz”, "Bazarstore", “Al Market” və “Oba” supermarket şəbəkələrində zəncəfil satılmır.

Şəhərin bir sıra kiçik ərzaq mağazalarında isə deyilir ki, dünən zəncəfilin 1 kq satış qiyməti 15 manata olub və bu gün qiyməti arta bilər. Çünki hazırda ölkədə zəncəfilin pərakəndə satış qiymətinin artdığı vurğulanır.

Qeyd edək ki, ötən həftə ölkənin bir sıra mağazalarında 1 kq zəncəfilin satış qiyməti 9-11 manat arası dəyişirdi.

Xatırladaq ki, zəncəfil uzun illərdir soyuqdəymə və qripə qarşı təbii müalicə üsulu olaraq istifadə edilir. Belə ki, koronavirus pandemiyasının yayılmasında bir sıra həkimlər immuniteti gücləndirməyi tövsiyə edirlər. Zəncəfil isə immmun sistemini qorumağa kömək edən əsas vasitələrdən biri olduğu bildirilir.

Bununla yanaşı, zəncəfil normal qan dövranını qoruyur. Daşıdığı xrom, sink və maqnezium qan axınını sürətləndirdiyi kimi, həddən artıq tərləmə və titrəmənin qarşısını alır. Həmçinin bədənin temperaturunu nizamlayır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.