Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanın qərb bölgəsində xüsusi karantin rejiminə tam nəzarət edilir (VİDEO)

Azərbaycanın qərb bölgəsində xüsusi karantin rejiminə tam nəzarət edilir (VİDEO)

Azərbaycanın qərb bölgəsində xüsusi karantin rejiminə tam nəzarət edilir (VİDEO)
2020-03-29 , 19:15

Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin elan edildiyi vaxtdan qərb bölgəsində də bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.


Yenilik.az-ın report-a istinadən məlumatına görə, bu gün səhər saat 08:00-dan etibarən Şəmkir-Tovuz, Tovuz-Agstafa və Agstafa-Qazax rayonlarının sərhədlərinə polis postları qurulub.

Polis əməkdaşları rayonların girişində nəqliyyat vasitələrini saxlayıb qeydiyyat üzrə yoxlanış aparır. Getdiyi rayonun qeydiyatında olmayan sürücülər, onların idarə etdiyi avtomobillər və sərnişinlər geri qaytarılır.

Onlara koronavirus infeksiyasına yoluxmuş şəxslərin digər rayonlardakı insanları yoluxdurması və ya özlərinin gedəcəyi yerdə yoluxma riski ola biləcəyi barədə məlumatlar verilir və bu addımın yalnız bu məqsədlə atıldığı bildirilir.

Qeyd edək ki, postlardan yalnız operativ nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları və bəzi hallarda iş yeri başqa rayonda olan şəxslər buraxılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.