Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "2 övladı olanlar hərbi xidmətdən azad edilsin" - Siyavuş Novruzov

"2 övladı olanlar hərbi xidmətdən azad edilsin" - Siyavuş Novruzov

"2 övladı olanlar hərbi xidmətdən azad edilsin" - Siyavuş Novruzov
2020-03-30 , 12:51

Siyavuş Novruzov Milli Məclisdə hərbi xidmətlə bağlı yeni təklif irəli sürüb.


BakuPost-un məlumatına görə, deputat bildirib ki, “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olanlar hərbi xidmətə çağırılmır:

“Üç uşağı olanlara möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".

Siyavuş Novruzov “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu da diqqətə çatdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.