Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakı apteklərindən Parasetamol qeybə çəkilir- SOS

Bakı apteklərindən Parasetamol qeybə çəkilir- SOS

Bakı apteklərindən Parasetamol qeybə çəkilir- SOS
2020-03-30 , 13:05

Pandemiya dövründə maska və spirt çatışmazlığı ilə yanaşı, indi də parasetamol adlı məşhur hərarətsalıcı dərman qeybə çəkilir.


Medicina.az xəbər verir ki, həkimlər və ÜST tərəfindən koronavirus zamanı qızdırma zamanı yalnız parasetamol dərmanının tövsiyyə olunmasından sonra bu dərmana ehtiyacı olan olmayan preparatı qutularla alıb ehtiyat saxlayır. Bu da artıq Bakıda çox sayda aptekdə parasetamol qıtlığı yaradıb. Bu barədə məlumat verən oxucular üz tutduqları apteklərdə parasetamol tapa bilmir, tapılsa da cəmi çox az satıldığını bildirirlər.

Qeyd edək ki, parasetamol koronavirusu müalicə etmir, onun müalicəsində çoxsaylı protokollardan istifadə olunur. Parasetamol isə uşaq və böyüklərdə müxtəlif iltihabi xəstəlikləri olanlarda qızdırmasalıcı kimi tətbiq olunur ki, onun da apteklərdə olmaması həqiqətən dərmana ehtiyacı olanlar üçün ciddi təhlükədir.
Ona görə də vətəndaşları apteklərdən bu dərmanı alıb, lazım oldu olmadı evdə saxlamamağa çağırırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | yenilikaz[email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.