Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Nazirlər Kabineti aydınlıq gətirdi: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Nazirlər Kabineti aydınlıq gətirdi: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”

Nazirlər Kabineti aydınlıq gətirdi: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!”
2020-04-04 , 13:06

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sabahdan gücləndəriləcək xüsusi karantin rejimi ilə bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallara aydınlıq gətirib.

Demokrat.az-ın məlumatına görə, İ.Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 124 nömrəli Qərarındakı 1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilən əməkdaşları mağaza, bank və aptekə SMS icazəsi olmadan gedə bilərlər:
“1 nömrəli Əlavəyə daxil olan qurumların fəaliyyətinə icazə verilmiş işçiləri mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər”.
İ.Məmmədov küçəyə çıxmağa icazəsi olan vətəndaşın avtomobil üçün də əlavə icazə almasına ehtiyac olub-olmadığına aydınlıq gətirib:
“Belə bir icazəyə ehtiyac yoxdur! İşləmək üçün icazəsi olan vətəndaş öz avtomobilindən istifadə etməkdə sərbəstdir”.
Hökumət rəsmisinin sözlərinə görə, indiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər öz xidmətlərini davam etdirə bilərlər:
"Belə xidmətçilər fəaliyyətlərini davam etdirə bilərlər. Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir:
“4. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:
4.2.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.”
Sadəcə belə xidmətçilər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir".
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkədə hərəkət məhdudiyyətləri 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiq olunacaq.
Qərara əsasən, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaq. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
1 nömrəli əlavə
Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı
1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
2. “Azəriqaz” İstehsalat Birliyi
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)
7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
17. Bakı Nəqliyyat Agentliyi
18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
20. Dövlət Dəniz Agentliyi
21. Dövlət Mülki Aviasiya Agentliyi
22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.