Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Neft durmadan bahalaşır: Azərbaycanı nə gözləyir - Açıqlama

Neft durmadan bahalaşır: Azərbaycanı nə gözləyir - Açıqlama

Neft durmadan bahalaşır: Azərbaycanı nə gözləyir - Açıqlama
2020-04-04 , 13:39

“Belə yanlış təsəvvür formalaşıb ki, neftin qiymətlərinin qalxması ilə mövcud problemlər dərhal öz həllini tapacaq. Halbuki neftin qiyməti bundan sonra, ciddi sışrayış edə bilməz, həm Rusiya, həm də ABŞ üçün 40-45 dollar komfort qiymətdir, hazırkı vəziyyət üzündən AzeriLight markalı neft artıq brent markalı neftdən 5 dollar aşağı satılır”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada iqtisadçı ekspert Qaşqay İsmayıl səsləndirib.

Qaşqay İsmayıl Qaşqay İsmayıl
“Yəni orta illik qiymət 35 dollar həcmində olarsa, Neft Fondunda təxminən 3 milyard dollar vəsait çatışmayacaq. Bu çatışmazlığı ehtiyatlar hesabına kompensasiya etmək mümkündür, amma gəlin nəzərə alaq ki, Azərbaycanın qarşıda sırf büdcə və maliyyə sektoru ilə bağlı 3 ciddi problemi var:

1. İdxalın xeyli azalacağını nəzərə alanda tədiyyə balansında minimum 5-6 milyard dollarlıq kəsir yarana bilər. Keçən ilki qaydada idxal davam edərsə, kəsir daha böyük ola bilər. Çünki turizmdən gələn və Rusiyadakı əmək miqrantlarının göndərdikləri valyuta artıq demək olar ki yox səviyyəsindədir.

2. Dövlət və dövlətə aid şirkətlər, ilk növbədə SOCAR böyük miqdarda xarici borcları ödəməlidir. Bu rəqəmlər məxfi saxlanılsa da, üst-üstə gələndə kifayət qədər böyük məbləğ yarandığı şübhəsizdir və bu məbləğ valyuta ilə ödənilməlidir.

3. İqtisadi aktivlik tamamilə azaldığına və vergi bazası sıradan çıxdığına görə, dövlət büdcəsinin milyardlarla manat itkilərlə üzləşməsi şübhəsizdir.

Bu vəziyyətdə müvəqqəti çıxış yolu kimi, yenidən hökumət xaricdən borc götürə bilər. Göründüyü kimi, neftin qiymətinin bahalaşması, gözlənilən problemlərin heç birini həll etməyəcək”,- deyə o vurğulayıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatını azaltmaqla bağlı gözlənilən saziş artıq 3-cü gündür neftin bahalaşmasına səbəb olub. Brent markalı neftin barrelinin qiyməti bu gün artıq 34 dollara çatıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.