Bu marketlərdə nöqsanlar aşkarlandı - Siyahı

Yenilik.az xəbər verir ki, 21 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilib.
№ | Sahibkarlıq subyekti | Ünvan | Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri | |||
1 | "Neptun" market | Binəqədi rayonu, N.Nərimanov küç., ev 15A | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 | "Grandmart" market | Nizami rayonu, M.Şərifli küç., ev 74C | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
3 | "Xəzər" market | Nərimanov rayonu, A.Neymətulla küç., ev 19/50 | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
4 | "C-C" market | Suraxanı rayonu, Hövsan ştq, ev 63 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu 4.Ev şəraitində hazırlanan məhsulların satışı |
5 | Quliyev Bərgüşad Rizvan oğluna məxsus şərab evi | Abşeron rayonu, Masazır qəs., "Gənclər şəhərciyi" yaşayış kompleksi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
6 | "Əli" market | Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 | Məmmədov Pərviz Abdulrəhman oğluna məxsus mağaza | Cəlilabad rayonu, Göytəpə şəhəri | Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
8 | "Qəbələ" market | Bərdə rayonu, Güloğlular kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
9 | "Zeytun Pharmaceutivals" MMC-yə məxsus aptek | Gəncə şəhəri, N.Nərimanov küçəsi 52 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
10 | "Zeytun Pharmaceutivals" MMC-yə məxsus aptek | Gəncə şəhəri, Gülüstan qəsəbəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
11 | "Zeytun" aptek | Gəncə şəhəri, N.Nərimanov küçəsi 341 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
12 | Zeynalova Gülnar İlham qızına məxsus mağaza | Tovuz rayonu, Düz Qırıqlı kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
13 | Cəfərova Samirə Çapay qızına məxsus mağaza | Tovuz rayonu, Düz Qırıqlı kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
14 | Axundov Mətləb Mehdi oğluna məxsus mağaza | Tovuz rayonu, Düz Qırıqlı kəndi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
15 | "Aran" market | Ucar şəhəri, H.Əliyev pr., ev 79 | Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
16 | "Sultan" market | Ucar şəhəri, Azərbaycan küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
17 | "Elegant" market | Ucar şəhəri, Azərbaycan küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri | |||
18 | "Cıdır Düzü" restoranı | Binəqədi rayonu, S.S.Axundov küç., ev 1A | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
19 | "Gold" pub | Nərimanov rayonu, N.Hacıyev küç., ev 18 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
20 | "Fırıncı Papa" restoranı | Sabunçu rayonu, Bakıxanov ştq, Gənclik küç., ev 29 | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
21 | "MC Club" kafesi | Oğuz şəhəri, H.Əliyev prospekti | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
OXŞAR XƏBƏRLƏR