Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb

Ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb

Ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb
2023-01-22 , 18:19

Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 700 hektar sahədə payızlıq taxıl əkini aparılıb. 

Yenilik.az xəbər verir ki, dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisədə 2,8% çoxdur. 
Payızlıq taxıl əkinlərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşki edir. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb. 
2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8% artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkinləri aparılır.
Payızlıq taxıl əkinləri Azərbaycanın əkin balansının 60 faizə yaxınını təşkil edir. 
Qeyd edək ki, yazlıq dənli və dənli paxlalı bitkilərin əkininə isə mart ayından start veriləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.