İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib

Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası başlayıb.
İclasda Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan XİN başçıları iştirak edirlər.
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana təhvil verilib.
Bununla bağlı təşkilata üzv ölkələrin XİN rəhbərlərinin Daşkənddə keçirilən bugünkü iclasında qərar qəbul olunub.