Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakının mərkəzi küçəsində daşları asfaltla əvəzləyirlər

Bakının mərkəzi küçəsində daşları asfaltla əvəzləyirlər

Bakının mərkəzi küçəsində daşları asfaltla əvəzləyirlər
2023-01-24 , 12:53

Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan 232 metrlik hissəsində təmir işləri icra olunur.

Yenilik.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 
Bildirilib ki, sözügedən ərazidə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.
Bundan öncə anoloji işlər Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində də aparılıb. Təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur. 
Qeyd edək ki, sözügedən küçənin asfalt örtüyü bir neçə il əvvəl qənbər daşla əvəzlənmişdi. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.