Zaqatalada çoxmərtəbəli binada yanğın olub

Zaqatalada 9 mərtəbəli yaşayış binasında yanğın olub
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində mənzilin mətbəxinin 3 kv.m-lik sahəsi və bir ədəd paltaryuyan maşın yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.