Azərbaycan Türkiyəyə kömək göndərir - Prezidentdən tapşırıq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə tapşırıq verib.
Prezidentin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.