Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bu mediasiya təşkilatları və mediatorlar Mediasiya Şurası tərəfindən mükafatlandırılacaq

Bu mediasiya təşkilatları və mediatorlar Mediasiya Şurası tərəfindən mükafatlandırılacaq

Bu mediasiya təşkilatları və mediatorlar Mediasiya Şurası tərəfindən mükafatlandırılacaq
2023-02-06 , 18:00

Hər ay Mediasiya Şurası tərəfindən mediaya mediasiya təşkilatları və mediatorların fəaliyyətləri ilə bağlı hesabat paylaşılacaq.


Yenilik.az xəbər verir ki, qeyd olunan hesabat dövründə nəticələri yüksək olan mediasiya təşkilatı və mediatorlar üçün Şura tərəfindən motivasiya xarakterli tədbirlərin görülməsi nəzərdə tutulur. Belə ki, cari hesabat üzrə yüksək nəticə göstərmiş mediasiya təşkilatı və mediatorlar Mediasiya Şurası tərəfindən mükafatlandırılacaq. 

Hesabat dövründə statisik göstəricilərində barışıq sazişləri üzrə göstəriciləri yüksək olan mediasiya təşkilatı “Ayın mediasiya təşkilatı” elan olunmaqla Mediasiya Şurasının rəsmi sosial şəbəkə hesablarında bununla bağlı xəbər paylaşılacaq, mətbuatda paylaşılan hesabatda təşkilatın müsbət göstəricisi barədə məlumata xüsusi yer veriləcək və Şura tərəfindən ictimai qaydada və açıq formada mediasiya təşkilatına mükafatlar təqdim olunacaq.

Hesabat dövründə statisik göstəricilərində barışıq sazişlərinin nisbəti çox olan mediatorlar “Ayın mediatoru” elan olunmaqla, Mediasiya Şurasının rəsmi sosial şəbəkə hesablarında bununla bağlı fotoşəkillərlə birgə xəbər paylaşılacaq, mətbuatda paylaşılan hesabatda mediatorun müsbət göstəricisi barədə məlumata xüsusi yer veriləcək.

Şuranın maddi-texniki və sair imkanları artdıqca motivasiya tədbirləri üzrə də mükafatlandırma qaydaları daha da fundamental olaraq inkişaf edəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.