Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib

Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib

Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib
2023-02-15 , 17:55

Bu gün Mediasiya Şurası İntizam Komissiyasının iclası keçirilib.


Yenilik.az xəbər verir ki, Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə keçirilən iclasda Intizam Komissiyasının üzvləri Gülşən Salmanova, Tünzalə Hacıyeva, Oğul Kərimov və Rəfael Cabbarov iştirak ediblər.

İclasda barələrində intizam icraatı başladılmış mediatorların ZOOM platforması üzərindən onlayn və canlı iştirakı ilə müzakirələr aparılıb, onların izahatları dinlənilib. 

Qeyd edək ki, indiyədək İntizam Komissiyasına daxil olmuş vətəndaş şikayətlərinə və monitorinqlər əsasında aşkar edilmiş pozuntu hallarına əsasən 100 mediator barədə  intizam icraatı başlanılmışdır. İntizam Komissiyası tərəfindən yekunlaşan 95 işlə bağlı müvafiq rəy İdarə Heyətinə təqdim edilmişdir. Barələrində intizam icraatı aparılan 13 mediatora “6 ay müddətinə mediator kimi fəaliyyət göstərmək hüququnun dayandırılması ilə bağlı” intizam məsuliyyəti, 2 mediatora “3 ay müddətinə mediator kimi fəaliyyət göstərmək hüququnun dayandırılması ilə bağlı” intizam məsuliyyəti, 23 mediatora töhmət intizam məsuliyyəti, 11 mediatora xəbərdarlıq intizam məsuliyyəti tətbiq edilmiş, 46 iş üzrə intizam pozuntusu faktı aşkar edilmədiyindən intizam icraatına xitam verilmişdir. Hazırda İntizam Komissiyasında 5 iş üzrə intizam araşdırması isə davam edir. 

Qeyd olunan intizam icraatlarından 9-u 2023-cü ildə, 71-i 2022-ci ildə, 20-si isə 2021-ci ildə daxil olmuş vətəndaş şikayətləri əsasında başladılmışdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.