Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Milli Şuranın gizli videosunu kim yayıb?

Milli Şuranın gizli videosunu kim yayıb?

Milli Şuranın gizli videosunu kim yayıb?
2020-05-14 , 23:19

Dünəndən sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Milli Şuranın Zoom paroqramı vasitəsilə keçirilən video yığıncağında ABŞ-da yaşayan cinsi azlıq İsmayıl Cəlilovun timsalında bütün cinsi azlıqlara qarşı təhqirlərin, faşist düşüncəli fikirlərin səslənməsi aləmi bir-birinə qatıb.


İş burasındadır ki, Milli Şuranın rəhbərliyi məlum videonun yayılmasında dövləti, hüquq-mühafizə orqanlarını günahlandırır. Halbuki qeyri-ciddi, sosial bazası olmayan radikal və destruktiv müxalifət nəinki hüquq-mühafizə orqanlarının, heç kimin marağında ola bilməz. Əslində isə həmin videonun yayılması elə Milli Şuranın marağında ola bilərdi. Belə ki, uzun illərdir ki, Müasir Müsavat partıyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin homoseksual olduğunu iddia edir.

Bu barədə o qədər deyilib ki, artıq cəmiyyətdə də müxatəlif fikirlər formalaşıb. Görünür Milli Şuranın videoyığıncağından bir hissənin paylaşılması öz aralarında kiminsə marağında olub. Həmin şəxs böyük ehtimalla Gültəkin Hacıbəylinin özüdür. Elə ona görə də ciddi-cəhdlə diqqəti özündən yayındırmaq üçün bunu hüquq-mühafizə orqanlarının üzərinə atmaq istəyir. Səbəb isə çox sadədir. Gültəkin Hacıbəyli Azərbaycan cəmiyyətinin bir hissəsinin mühafizəkar olduğunu bilir, ona görə də videoyığıncaqda o cür ifadələr səsləndirməklə özünə reytinq yığmaq istəyir.

Digər tərəfdən isə bu yolla Əli Kərimliyə qarşı “homoseksuallıq” ittihamlarını aradan qaldırmaq istəyirlər. Lakin göründüyü kimi hər şey əksinə oldu, bu plan da işləmədi, daha doğrusu Milli Şuranın və Əli Kərimlinin öz əleyhinə işlədi. Gültəkin Hacəbəyli öz sahibinə, yəmni Əli Kərimliyə “ayı xidməti” göstərməklə onu bir daha yerlə yeksan etmiş oldu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.