Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Mədəniyyət naziri vəzifəsini bu şəxs icra edəcək (FOTO)

Mədəniyyət naziri vəzifəsini bu şəxs icra edəcək (FOTO)

Mədəniyyət naziri vəzifəsini bu şəxs icra edəcək (FOTO)
2020-05-22 , 15:01

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.


Qaynarinfo "Report”a istinadən xəbər verir ki, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.