Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Lider TV bağlanır - Nazirlik məhkəməyə müraciət etdi

Lider TV bağlanır - Nazirlik məhkəməyə müraciət etdi

Lider TV bağlanır - Nazirlik məhkəməyə müraciət etdi
2020-06-01 , 15:29

Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.

Nazirliyin müraciətinə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Lider TV-nin rəhbəri Ədalət Əliyevdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.