Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda koronavirusa ən çox yoluxan rayonlar – SİYAHI

Azərbaycanda koronavirusa ən çox yoluxan rayonlar – SİYAHI

Azərbaycanda koronavirusa ən çox yoluxan rayonlar – SİYAHI
2020-06-16 , 13:32

"Azərbaycanda ən çox koronavirusa yoluxma Bakıda qeydə alınıb - 50,2 %".

Yenisabah.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat yerləşdirilib.
Daha sonra ən çox yoluxma 12,4 %-lə Gəncə-Qazax və 12,3 %-lə Abşeronda qeydə alınıb.
Ümumilikdə, virusa yoluxma Aranda 8,8 %, Lənkəranda 7,2 %, Dağlıq Şirvanda 1,8 %, Şəki-Zaqatalada 1,7 %, Quba-Xaçmazda 1,5 %, Yuxarı Qarabağda 1,2 % təşkil edib. Yoluxmanın 2,9 %-i xaricdən gələnlərdə qeydə alınıb.
Ölkə üzrə ən az yoluxma isə 0,05 %-lə Naxçıvanda olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.