Yenilik.Az
www.Yenilik.Az » Ölkə » SON DƏQİQƏ: MİLLİ MƏCLİSİN DAHA BİR DEPUTATI KORONAVİRUSA YOLUXDU

SON DƏQİQƏ: MİLLİ MƏCLİSİN DAHA BİR DEPUTATI KORONAVİRUSA YOLUXDU

SON DƏQİQƏ: MİLLİ MƏCLİSİN DAHA BİR DEPUTATI KORONAVİRUSA YOLUXDU
2020-06-21 , 05:21

Azərbaycan Milli Məclisinin daha bir deputatının koronavirusa yoluxduğu məlum olub!

YENİLİK.AZ xəbər verir ki, Bu barədə Mmötəbər mənbələrdən məlumat verilib.
Həmin deputatın adını dəqiqləşdirə bilmədik. Ancaq Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanmasının ciddi narahatçılığa səbəb olduğu bildirilir.
Buna görə də, sabah bütün deputatların koronavirus testindən keçirilməsinə qərar verilib.
Qeyd edək ki, bu gün Milli Məclisin deputatı Sahib Alıyevin koronavirusa yoluxduğu məlum olub. Bu haqda ilk məlumatı da “AzPolitika.info” verib.
Sonradan məlumatı deputatın özü də təsdiqləyib. O, bununla bağlı “Facebook”-da yazdığı statusda vəzifəli şəxsləri virusun geniş yayılmasının qarşısını almağa çağırıb: "Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhayət gərəkənləri edəcəklər".AzPolitika.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.