Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Deputat karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı - FOTO

Deputat karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı - FOTO

Deputat karantin qaydalarını pozdu – Maskanı çənəsinə taxdı - FOTO
2020-06-28 , 10:18

Koronavirus pandemiyasının Azərbaycanda da yayılması səbəbindən ölkədə xüsusi rejimli karantin vəziyyəti elan olunub.

 
Xüsusi rejimli karantin vəziyyətində bir sıra qaydalar tətbiq olunub ki, bu qaydalardan biri də insanların ictimai yerlərdə, görüşlərdə ara məsafəsinin qorunması, tibbi maskalardan istifadə olunmasıdır.
 
78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədov görüşlərinin birində tibbi maskadan düzgün istifadə etməyib və ara məsafəsinin gözlənilməsinə riayət etməyib. Eyni zamanda, onunla görüşən şəxslərin əksəriyyəti belə tibbi maskadan istifadə etməyib.
 
Qeyd edək ki, İqbal Məmmədov “Relax” İstirahət Mərkəzində vergi əməkdaşlarının döyülməsi ilə bir müddət əvvəl də gündəmə gəlmişdi.Baxar.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.