Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakıda komendant saatı tətbiq edilir?

Bakıda komendant saatı tətbiq edilir?

Bakıda komendant saatı tətbiq edilir?
2020-07-02 , 13:42

Azərbaycanda koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda sərtləşdirilmiş karantin rejimi 5 iyul saat 06:00-dək tətbiq olunub.

 
Pravda.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində isə karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylərin mövcud olduğu vurğulanıb.
 
Sosial şəbəkələrdə karantin rejiminin daha da sərtləşdirilərək komendant saatının tətbiq olunacağı ilə bağlı fikirlər yer alır.
 
Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Qazet.az-a açıqlamasında gücləndirilmiş karantin rejimindən daha qəliz və çətin bir halın olmasına ehtiyac yaranmadığını qeyd edib.
 
“Sosial şəbəkədə bu tip şayiələr çox yayılır. Hazırda gücləndirilmiş karantin rejimi zamanı vətəndaşlarımız SMS icazə alaraq öz işlərini həll edə bilirlər. Bundan da qəliz və çətin bir halın olmasına ehtiyac yoxdur. Sadəcə olaraq insanların məsuliyyətli olması üçün maarifləndirmə işlərini gücləndirməliyik ki, avqust ayının 1-nə qədər yoluxma sayının azalmasının şahidi olaq”, – deyə N. Həmzəyev bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.