Yenilik.Az
www.YENILIK.Az » Ölkə » Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur

Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur

Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur
2020-01-10 , 22:30

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimovdur.

Dövlət müstəqilliyimizi əldə etdikdən sonra, Ələt qəsəbəsi və onun ətrafı iqtisadi inkişaf perspektivi baxımından daha böyük layihələrə açılan bir pəncərə çevrilibdir. Ona görə də, Qaradağ rayonunun Ələt qəsəbəsində son illərdə çox geniş mənada inkişaf müşahidə olunur. Təbii olaraq, bu işdə yerli icra hakimiyyəti və bələdiyyənin fəaliyyəti də bu günün standartları çərçivəsində inkişaf etməkdədir. Demək olar ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov ölkəmizin peşəkar kadrların sayəsində inkişafı proseslərində yaxından və fəal şəkildə iştirak edir. Beləliklə, Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur. Qəsəbinin abadlığı, sadəliyi və səliqəli olması, təmizliyi göz oxşayır. Ələt qəsəbəsi və ümumiyyətlə Qaradağ rayonu üçün hər zaman ən böyük problemlərdən biri olan ətraf mühitin yaşıllaşdırılması məsələsi artıq öz həllini tapıbdır. Eldar İbrahimovun bu istiqamətdə gördüyü işlərdən sadəcə yerli sakinlər deyil, həm də hökumət səviyyəsində və buraya təşrif buyuran qonaqların da zövüqünə, marağına səbəb olubdur.

Buna görə də, yerli sakinlər və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimovun gördüyü bu möhtəşəm işlərdən tamamilə razıdırlar. Çünki Eldar müəllim daim işinin başında və əhali ilə sıx təmasdadır. Əslində vicdanlı məmur və öz işinin öhdəsindən gələn bir insanın dəyəri elə bu ali mərama bağlıdır.
İndi uzaqdan Ələt qəsəbəsinə baxdıqda köhnə illərdə olduğu kimi ətrafın toz-torpaqla dolu olması, zibilliklərə görə əzab çəkən insanlar tamamilə fərqli mənzərənin şahidi olurlar. Bu gün-gündən gözəlləşən və inkişaf edən Ələt qəsəbəsidir. Amma bütün gözəlliklərə imza atan isə yerli icra nümayəndəsi Eldar İbrahimovdur.

Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi Eldar İbrahimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Eldar İbrahimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Eldar İbrahimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Eldar İbrahimovdan danışdılar yaxşı ki, Eldar İbrahimov Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ələt qəsəbəsi üzrə nümayəndəsi təyin olunub… Eldar İbrahimov öz isguzarlığı ilə tanınır və seçilir….

Eldar İbrahimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eldar İbrahimov kimi işinin peşəkarı olan şəxs sayəsində Ələt qəsəbəsində əsil mənada canlanma müşahidə olunur

Heç bir qüvvə Eldar İbrahimovu heç vaxt əqidəsindən döndərə bilməz.

Eldar İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Eldar İbrahimov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Eldar İbrahimov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.