Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan Ermənistan ordusuna dəqiq zərbə endirdi — Rus mətbuatı yazır

Azərbaycan Ermənistan ordusuna dəqiq zərbə endirdi — Rus mətbuatı yazır

Azərbaycan Ermənistan ordusuna dəqiq zərbə endirdi — Rus mətbuatı yazır
2020-07-13 , 11:53

Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun mövqelərinə dəqiq zərbə endirib.


Bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Agentliyin məlumatına görə, iyulun 13-nə keçən gecə sərhəddə gərgin vəziyyət davam edib.

Bundan əvvəl, Azərbaycan hakimiyyəti Ermənistanı 120 mm-lik minaatanlardan dinc bir kəndi atəşə tutmaqda günahlandırmışdı. Erməni əsgərlərinin Tovuz rayonunun Ağdam kəndinə atəş açdığı da bildirilib.

İyulun 12-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə atışmanın baş verdiyini elan edib. Azərbaycan tərəfinin bildirdiyinə görə, döyüşlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmasından sonra başlayıb.

Ermənistan və Azərbaycan 1992-ci ildən müharibə vəziyyətindədir. Münaqişəyə səbəb əsasən etnik ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikasının elan edilməsi və 1991-ci ildə Azərbaycandan ayrılması olub. Bakı bölgəni güclə nəzarət altına almağa çalışıb, lakin nəticəsi olmayıb. Əvvəlcə münaqişədə birbaşa iştirakını rədd edən Ermənistan tezliklə bölgəyə nizamlı qoşun yeridib.

1994-cü ildə Azərbaycan, Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası Rusiyanın vasitəçiliyi ilə Bişkek Protokolunu imzalayıblar. Bu, vaxtaşırı davam edən hərbi əməliyyatları dayandırmayıb. Ən ciddi alovlanma, hər iki tərəfdən yüzlərlə əsgərin öldüyü 2016-cı ilin dörd günlük müharibəsi olub.(konkret.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.