Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ
2020-07-14 , 10:39

zərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər davam edir.


Qaynarinfo xəbər verir ki, Oxu.Az-ın əməkdaşları cəbhədəki vəziyyətlə tanış olmaq üçün Tovuza ezam olunublar.

Oxu.Az-ın fotoqrafı qızğın döyüşlərin getdiyi, dörd şəhid verdiyimiz Tovuzda əhalinin savaş əhvalını kamerasının yaddaşına köçürüb.

Mərmi qoxulu cəbhə xəttində xalqın mübarizə əzmini heç bir düşmən təxribatı qıra bilmir. Əhali maşınlarla və ya piyada şəkildə ön xəttə doğru irəliləyir.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan Azərbaycanla sərhəddə təxribatlara ara vermir. Ən son rəsmi məlumatlara görə, təxribat zamanı Azərbaycan Ordusunun dörd əsgəri şəhid olub.

Bu gün səhər saatlarından etibarən düşmən Tovuzun kəndlərini yenidən atəşə tutub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.