Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Milli Məclisdəki dağıntıların FOTOLARI

Milli Məclisdəki dağıntıların FOTOLARI

Milli Məclisdəki dağıntıların FOTOLARI
2020-07-15 , 13:26

Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Ceyhun Əliyev bu gecə parlamentdə baş verən hadisələrlə bağlı jurnalistlərə açıqlama verib.

 
Pravda.az xəbər verir ki, C. Əliyev qeyd edib ki, dünən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayon istiqamətində gedən döyüşlərə dəstək olaraq yürüş keçirilib:
 
“Yürüşün keçirildiyi ərazidə və Şəhidlər Xiyabanı, Milli Məclis ərazisində vətəndaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər. Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və binadan çıxarılıblar. Yürüş təşkil edən qrup binadan çıxarılandam sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib”.
 
O qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək:
 
“Bu, qanunsuz olaraq binaya qanunsuz daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildiririk ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarçı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.