Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb - VİDEO

Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb - VİDEO

Cəlilabad sakini özünün də xəbəri olmadan işə götürülüb - VİDEO
2020-08-07 , 10:36

Cəlilabad rayonunda işsiz olduğunu düşünən sakin özünün də xəbəri olmadan işə götürülüb. 

Uzuntəpə kəndinin sakini Nəsir Hüseynov Cəlilabad rayon Məşğulluq Xidmətinə işsiz kimi müraciət edib.
Ancaq bu zaman ona iki ay əvvəl Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatında vakant yerə işə qəbul olunduğu deyilib. N.Hüseynova yaxın günlərdə işdən azad olunacağı bildirilib.
Hətta şikayətçi adına gəlmiş əməkhaqqı kartını alsa da, balansda məbləğ olmayıb.
N.Hüseynov məsələnin araşdırılması üçün aidiyyəti qurumlara rəsmi şəkildə müraciət edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.