Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələri əlindən alındı

Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələri əlindən alındı

Ramiz Mehdiyevin kürəkəninin torpaq sahələri əlindən alındı
2020-08-07 , 10:47

Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.


Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçirib.

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb.

Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, bu torpaq sahələrini İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC ələ keçirib. (Gununsesi.org)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.