Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bakıda avtobusların fəaliyyəti bərpa edildi

Bakıda avtobusların fəaliyyəti bərpa edildi

Bakıda avtobusların fəaliyyəti bərpa edildi
2020-08-10 , 08:06

Bu gün səhər saat 06:00-dan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti bərpa edilib. “Yeni Sabah” xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında həftəsonu ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır:
15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;
22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;
29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.