Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir - “Öldü var, döndü yoxdur!”

Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir - “Öldü var, döndü yoxdur!”

Tofiq Yaqublu aclıq aksiyasını davam etdirir - “Öldü var, döndü yoxdur!”
2020-09-06 , 13:07

“İndicə atayla danışdım. Möhtəşəm dəstəyinizi çatdırdım. Əhvalı yaxşı idi. Hər kəsə dəstək üçün təşəkkürünü bildirdi”.

Bunu həbsfə olan Tofiq Yaqublunun qızı Nigat Həzi bildirib.

N.Həzi qeyd edib ki, 4 günlük aclıq artıq T.Yaqublunun səhhətinə təsirini göstərməyə başlayıb: “Tez-tez başgicəllənmələrinin olduğunu və zəiflədiyini bildirdi. Bu durumda ola-ola həbsxananın tibbi hissəsindən heç bir tibbi yoxlanış olmayıb. Tofiq Yaqublunun səhhətindəki geriləmə onun həyatı üçün həyəcan təbili çalır.

Həbsxana yetkililəri dərhal Tofiq Yaqublunun səhhətiylə maraqlanmalı və tibbi hissədən onun müayinəsinə göstəriş verməlidir.

Hər keçən gün Tofiq Yaqublunun səhhətindəki durum bizim üçün ciddi narahatlıq doğurur. Həbsxana Tofiq Yaqublunun indiki durumunu nəzərə alaraq onun hər gün ailəsi ilə telefon danışığını təmin etməlidir. Biz hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik. Bütün yaşanan və yaşanacaqlara görə bu hakimiyyət, ən birinci də İlham Əliyev məsuliyyət daşıyır.

Həbsxana rəisinin müavinləri Tofiq Yaqubludan aclığı dayandırmasını xahiş ediblər.

Tofiq Yaqublu: "Öldü var, döndü yoxdur! Ölərəmsə, bu XALQ, VƏTƏN üçün ölərəm. Geriyə yol yoxdur!"”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.