Yenilik.Az
www.YENILIK.Az » Ölkə » YAP İdarə Heyətinin iclası başa çatdı – Deputatlığa namizədlər açıqlanır (YENİLƏNİB - 2)

YAP İdarə Heyətinin iclası başa çatdı – Deputatlığa namizədlər açıqlanır (YENİLƏNİB - 2)

YAP İdarə Heyətinin iclası başa çatdı – Deputatlığa namizədlər açıqlanır (YENİLƏNİB - 2)
2019-12-27 , 16:23

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.



Trend-in məlumatına görə, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.



İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.







***

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP-ın qərargahında keçirilən iclası başa çatıb.



YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.





***

12:00



Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası keçiriləcək.



Demokrat.az APA-ya istinadla xəbər verir ki, iclas saat 12:00-da başlayacaq.



YAP İdarə Heyəti üzvlərinin iştirak edəcəyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.



Demokrat.az YAP İdarə Heyətinin üzvlərinin siyahısını təqdim edir:



İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

Hacıbala Abutalıbov -

Əli Əhmədov - Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi

Vaqif Əliyev - Mədəniyyət və Turizm nazirinin I müavini

Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini

Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri

Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini

Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor

Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

Yusif Hümbətov - «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri

Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

Eldar İbrahimov - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Mübariz Qurbanlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini

Abel Məhərrəmov - akademik

Bahar Muradova - Milli Məclisin sədr müavini,İnsan hüquqları komitəsinin sədri

Siyavuş Novruzov - Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri, YAP İcra katibinin müavini

Arif Rəhimzadə - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Vasif Talıbov - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri

Mixail Zabelin - Milli Məclisin deputatı

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.