Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bu gün Tərtərdə yaralanan mülki şəxslərin adları AÇIQLANDI

Bu gün Tərtərdə yaralanan mülki şəxslərin adları AÇIQLANDI

Bu gün Tərtərdə yaralanan mülki şəxslərin adları AÇIQLANDI
2020-09-30 , 11:04

Bu gün səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

 
Düşmənin atdığı top mərmilərindən biri rayonun mərkəzi küçəsinə düşüb. Evlərə və avtomobilə ziyan dəyib, daha 7 mülki şəxs yaralanıb.
 
Yaralılar - Fuad İbrahimli, Mahmud İbrahimov, İsmayıl İsmayıllı, Şahin İbrahimov, Müzəffər Əliyev və İxtiyar Şərifovdur. Digər yaralının şəxsiyyəti dəqiqləşdirilir.
 
Məlumata görə, onlardan üçünün vəziyyəti ağırdır.Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.