Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Lerik könüllülərini cəbhəyə yola salır - VİDEO

Lerik könüllülərini cəbhəyə yola salır - VİDEO

Lerik könüllülərini cəbhəyə yola salır - VİDEO
2020-09-30 , 14:06

Ölkədə elan edilən qismən səfərbərliyə uyğun olaraq, Lerikdə də çağırışçılar çağırış xidmətinin qarşısında toplaşır. Onlarla yanaşı, könüllü döyüşmək istəyənlərin müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.
Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək, döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur.
Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb və onları yenidən ordu sıralarında vuruşmağa sövq edib. Gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.
Daha ətraflı Baku TV-nin videosüjetində:
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.