Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Tezliklə cəbhədən yeni xoş xəbərlər eşidəcəyik" - DEPUTAT

"Tezliklə cəbhədən yeni xoş xəbərlər eşidəcəyik" - DEPUTAT

"Tezliklə cəbhədən yeni xoş xəbərlər eşidəcəyik" - DEPUTAT
2020-10-01 , 09:15

“Sentyabrın 27-də şəhər saatlarından Füzulidə oldum”.

Bunu konkret.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
O, qeyd edib ki, son 3 gün ərzində Füzulidə baş verənləri müşahidə etmək imkanı olub:
“Horadiz şəhərində və eləcə də Füzulinin kəndlərində görüşlər keçirdik. Müşahidələrim onu göstərdi ki, insanlar içərisində birmənalı olaraq əhval-ruhiyyə yüksəkdir. Onlar bizə müraciət edərək könüllü olaraq orduda xidmət etmək istədiklərini bildirirlər”.
Deputat vurğulayıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən bizim kəndlər və Horadiz şəhəri mütəmadi atəşə tutulur:
“Nəzərə alsaq ki, sentyabrın 27-də səhər saatlarında Füzulinin Arayatlı kəndində mülki sakinlərin yaralanması faktı baş verdi. Bu da birbaşa erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşları hədəf alması ilə bağlıdır. Onların bu hərəkəti davam edir. Amma bütövlükdə döyüş əməliyyatı Azərbaycan ordusunun nəzarəti altındadır. Biz inanırıq ki, yenidən uğurlarımız olacaq. Tezliklə rəsmi təsdiqlənmiş xoş xəbərlərin ictimaiyyətə söylənilməsini gözləyirik”.
Vüqar Bayramov söyləyib ki, vətəndaşlarımız rəsmi məlumatlara inanmalıdır:
“Nəzərə alsaq ki, Füzulinin ətrafında yüksəkliklər var. Həmin yüksəkliklərdə Azərbaycan ordusunun nəzarət etməsi çox vacibdir. Kəndlərimiz, torpaqlarımız azad olunduqca bu barədə ictimaiyyətə məlumat verilir. Vətəndaşlarımız rəsmi məlumatlara istinad etsinlər. Əminəm ki, tezliklə biz yeni xoş xəbərlər eşidəcəyik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.