Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Cəbhədə qurbanlar kəsilib

Cəbhədə qurbanlar kəsilib

Cəbhədə qurbanlar kəsilib
2020-10-18 , 15:14

Azərbaycan ordusunun qazandığı qələbələr cəbhə bölgəsində yaşayan sakinlərdə ruh yüksəkliyinə səbəb olub. Ard-arda gələn zəfər xəbərləri xalqımızın ordumuza qarşı olan inamını daha da artırır.

Report xəbər verir ki, Füzuli rayonunun kəndlərindən birində son qələbələr münasibətilə qurbanlar kəsilib. Qazilərdən və Qarabağ Müharibəsi əlillərindən ibarət bir qrup vətənsevər vətəndaş tərəfindən gətirilən qurbanlıq qoyunlar kəsilərək cəbhə bölgəsində paylanılıb.
Sakinlər daim səngərdə dayanan əsgərimizin arxasında olduğunu və cəbhədən gələcək olan yeni qələbə xəbərlərini gözlədiklərini söyləyiblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.