Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan ordusu Qubadlının Xanlıq kəndinə girdi - Separatçıların mətbuat katibi açıqladı

Azərbaycan ordusu Qubadlının Xanlıq kəndinə girdi - Separatçıların mətbuat katibi açıqladı

Azərbaycan ordusu Qubadlının Xanlıq kəndinə girdi - Separatçıların mətbuat katibi açıqladı
2020-10-20 , 11:20

Bir neçə saat əvvəl Qarabağ separatçılarının “liderinin” mətbuat katibi Vəhram Poqosyan özünün Facebook səhifəsində Azərbaycan ordusunun Qubadlı rayonunun Xanlıq (Ermənilər işğaldan sonra adını İşxanadzor qoyub) kəndinə yaxınlaşdığını bildirib.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edilib.
Bundan sonra “Facebook”un erməni seqmentinin bir çox istifadəçisi Azərbaycan qoşunlarının sürətli irəliləməsinə təəccüblənib. Ermənistan hakimiyyəti cəbhədəki işlərin əsl vəziyyətini ictimaiyyətdən gizlədir.
Qeyd edək ki, 2019-cu ildən bəri işğal zonasının səlahiyyətliləri Xanlıq kəndinin qanunsuz məskunlaşma siyasətini davam etdirirlər. Azərbaycanlıların qovulduğu yaşayış məntəqəsi Suriya erməniləri tərəfindən məskunlaşdırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.