Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb”

“Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb”

“Azərbaycanın müharibəni udduğu görünür, onminlərlə erməni qaçıb”
2020-10-30 , 17:01

“The Washington Post” qəzetində dərc olunan məqalədə oktyabrın 30-na planlaşdırılan Cenevrə danışıqlarından gözləntilərin böyük olmadığı qeyd olunur. 

Kentukki Universitetinin professoru, vaxtilə ATƏT-in Minsk Qrupunun həmsədri olmuş Kerri Kavano qəzetdə yazır ki, münaqişə tezliklə qarşısıalınmaz bir nöqtəyə çata, döyüşlərin dramatik şəkildə genişlənməsini, itki artımını dayandırmaq mümkün olmaya bilər. Müəllif qeyd edir ki, Azərbaycanın müharibəni udduğu görünür. Son bir ayın əməliyyatları status-kvonu Bakının xeyrinə dəyişib.
“Onminlərlə etnik erməni qaçıb; onminlərlə azərbaycanlı vaxtilə yaşadıqları torpaqlara qayıtmaq barədə düşünür. Hər iki tərəfdən minlərlə əsgər həlak olub. Müharibə zonasından gələn xəbərlərə görə, Azərbaycan qüvvələri Dağlıq Qarabağı Ermənistanla birləşdirən strateji quru dəhlizini almaq üzrədir”, – məqalədə deyilir.
Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov qəzetə bildirib ki, Ermənistan Türkiyə ilə deyil, Azərbaycanla savaşır. "Anlayıram ki, onların Azərbaycanın indi daha güclü bir ölkəsini dərk etməsi çətindir”, – deyə diplomat vurğulayıb. Səfirin sözlərinə görə, ermənilər münaqişəni elə bir həddə qədər qızışdırmaq istəyirlər ki, Ermənistanda hərbi bazası olan Rusiya regiona sülhməramlı göndərsin.
"Rusiya Ermənistanı hücumdan müdafiə etməyə boyun olsa da, özünü Dağlıq Qarabağ müharibəsindən kənar tutur". Bunu isə “The Daily Beast” portalında Anna Nemtsova yazır.
Müəllif artıq Ermənistanın Rusiyadan əlini üzdüyünü iddia edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Moskva üzv ölkələrə hücum olarsa hərbi göndərməyə boyun olub.
Azərbaycan Prezident Administrasiyasında İctimai və Siyasi Məsələlər departamentinin rəhbəri Fuad Axundov portala deyib ki, KTMT sazişi bu münaqişəyə aid ola bilməz. “Bu, Azərbaycan ərazisində gedən müharibədir – Ermənistan ordusunu Azərbaycan ərazisindən çıxarırıq. Heç kəs KTMT-yə hücum etməyib; əksinə, bu qurumun üzvü olan Ermənistan KTMT-nin tanıdığı BMT qətnaməsini pozur”, – o vurğulayıb. /"Azadlıq.org"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.