Yenilik.Az
www.YENILIK.Az » Ölkə » Sərhəd bağlandı - Çindən Azərbaycana gətirilən bu məhsullar bahalaşacaq?

Sərhəd bağlandı - Çindən Azərbaycana gətirilən bu məhsullar bahalaşacaq?

Sərhəd bağlandı - Çindən Azərbaycana gətirilən bu məhsullar bahalaşacaq?
2020-02-03 , 13:43

Qazaxıstan mediası ölkədə sahibkarlarının Çindən qeyri-ərzaq məhsullarının idxalının kəskin azalması səbəbindən zərərə uğradıqlarını bildirib. Koronavirusla bağlı Qazaxıstan Çinlə Xorqoskom sərhəd-keçid məntəqəsini bağlayıb, bu da Çin mallarının gətirilməsini tamamilə mümkünsüz edib. Qazaxıstanda yaranan bu vəziyyət Azərbaycan bazarına da təsir edə bilər. Nəzərə alsaq ki, Sədərək və Binə ticarət mərkəzlərində satılan Çin qeyri-ərzaq mallarının xeyli hissəsi məhz Qazaxıstandan gətirilir. Bəs görəsən, bu iki bazarımızda Çindən gətirilən mallarda bahalaşma varmı? Yaxud yaxın vaxtlarda Çin mallarının qiymətində bahalaşma gözlənilirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bahalaşmanın olacağını deyiib:

“Müəyyən bir müddətə bahalaşma yaranacaq. Azərbaycanda ticarət dövriyyəsi də o qədər də güclü deyil, alıcılıq qabiliyyəti aşağı səviyyədədir. Anbarlardakı tədarük olunan məhsulların bir qədər azalmasında sonra düşünürəm ki, vəziyyət dəyişməsə, artıq bahalaşma başlayacaq. Ümumiyyətlə, vəziyyət dəyişməsə, bütün sahələrdə ciddi gərginlik yaşanacaq.

Yəqin ki, dünyada beynəlxalq mütəxəssilər bunu hesablayacaqlar, müəyyən şərtlər daxilində idxala icazə verəcəklər və yaxud qeyri-leqal ixracata ciddi şəkildə göz yumacaqlar. Ən yaxşısı ortaq məxrəcə gəlməkdir. Bu da real olaraq çətindir”.

Məsələ ilə bağlı Sədərək və Binə ticarət mərkəzlərindəki hazırkı durumu da öyrəndik. Satıcıların sözlərinə görə, hazırda Çündən gətirilən malların qimətlərində hər hansı artım müşahidə olunmur. Onlar bildiriblər ki, anbarlarda kifayət qədər mal var, amma yaxın vaxtlarda bahalaşma ola bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ancaq ölkəyə idxal olunan ərzaq məhsullarına qadağa qoyulub. Çindən Azərbaycana gətirilən qeyri-ərzaq məhsulları ilə bağlı isə qadağa yoxdur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.