Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşır? – AÇIQLAMA

Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşır? – AÇIQLAMA

Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşır? – AÇIQLAMA
2021-05-23 , 09:38

Benzinin və suyun qiymətindən sonra ictimai nəqliyyatda gediş haqqının da bahalaşması ilə bağlı iddialar səsləndirilir.

Əsasən də metro fəaliyyətini yenidən bərpa etdikdən sonra gediş haqqının 40 qəpik olacağı söylənilir.
Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşa bilərmi?

Bu barədə danışan deputat Azər Badamov bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir:
“Müvafiq qurum tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda sərnişin daşınmalarında qiymət artımının edilməsi ilə əlaqədar müraciət olumadığından qiymət artımından danışmağı düzgün hesab etmirəm. Mal və xidmətlərdə qiymət artımları vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərdiyindən bu, heç kimin ürəyincə deyil. Amma çox təəssüf ki, bəzi hallarda bu, qaçılmaz olur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.