Yenilik.Az
www.Yenilik.Az » Ölkə » TƏCİLİ: Azərbaycanla sərhəddə Tavuş bölgəsində atışma var - YENİLƏNİB

TƏCİLİ: Azərbaycanla sərhəddə Tavuş bölgəsində atışma var - YENİLƏNİB

TƏCİLİ: Azərbaycanla sərhəddə Tavuş bölgəsində atışma var - YENİLƏNİB
2021-05-27 , 14:44

Azərbaycanla sərhəddə Tavuş bölgəsində atışma var.

KONKRET.azn erməni portallarına istinadən xəbər verir ki, hazırda Ermənistan-Azərbaycan sərhədində atışma var.
Karmiraxpur kəndi ərazisində atəş səsləri eşidilib. Bölgədə vəziyyət son dərəcə gərgin olduğu deyilir.
Məlumat dəqiqləşdirilir.

Tert.am da belə bir məlumat yayıb ki, Gegarkunik bölgəsinin Kut kəndində də vəziyyət artıq son dərəcə gərgindir, atəş səsləri gəlir, amma çox intensiv deyil. Gegarkunik bölgəsinin Gegamasar icmasının rəhbəri Hakob Avetyan deyib ki, “Əsir alınan əsgərlərimiz müqaviləli əsgərlərdir. Uşaqlarımızı geri qaytarmaq üçün bütün mümkün tədbirlər görülür”.
Əhali arasında gərginlik və qorxu olub-olmadığını soruşduqda Hakob Avetyan cavab verib ki, 12 maydan sonra qorxu və narahatlıq əhalini tərk etmir.
“Hal-hazırda vəziyyət dəyişməyib, yeni bir şey yoxdur”, – deyə Hakob Avetyan vurğulayıb.
13:45
“Tavuş bölgəsində atışma yoxdur”.
KONKRET.az erməni portallarına istinadla xəbər verir ki, bu barədə Karmixapur kəndinin baççısı Levon Arakelyan məlumat verib.
Berd rayonunda da vəziyyətin stabilliyi barədə Berd meri Arutyun Manuçaryan bildirib.
Xatirladırıq ki, Tavuş bölgəsində atışma olduğu barədə erməni Teleqram kanalları məlumat yaymışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.