Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin iştirakı ilə onlayn dəyirmi masa keçirilib

“Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin iştirakı ilə onlayn dəyirmi masa keçirilib

“Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin iştirakı ilə onlayn dəyirmi masa keçirilib
2021-06-04 , 18:44

Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin (Mərkəz) təşkilatçılığı ilə “Sahibkarlıq və hüquqi yardım” mövzusunda dövlət və digər orqanların nümayəndələrinin, vəkillərin və sahibkarların iştirakı ilə onlayn qaydada dəyirmi masa keçirilmişdir.

 
Tədbirdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin sahibkarlığın hüquqi tənzimlənməsi sektorunun müdiri Rövşən Məcidov, Sahibkarlar Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Nuriyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak etmişdir.
 
Mərkəzin direktoru Şahmar Məmmədov tədbiri giriş sözü ilə açmış,  iştirakçıları salamlamış və  dəyirmi masanın məqsədi barəsində məlumat vermişdir.
 
Açılış nitqi ilə Kollegiyanın sədri A.Bağırov çıxış edərək, sahibkarlıq fəaliyyəti mexanizmlərinin inkişafı, arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyəti və sahibkarlıqda rolu, mediasiya sahəsində görülmüş və görülməli işlər, beynəlxalq təcrübənin öyrənilməsi, məhkəmə-hüququ sistemindəki islahatlar, vəkillik sahəsində qanunvericilikdəki dəyişikliklər, Kollegiya tərəfindən son illərdə görülən işlər və keçiriləcək növbəti dəyirmi masalar haqqında məlumat vermişdir.
 
Daha sonra, İqtisadiyyat Nazirliyindən R.Məcidov sahibkarlıq sahəsində bəzi təkmilləşdirilmələrə ehtiyyac olduğunu və bu sahədə Nazirliyin rolu barədə danışmışdır.
 
O cümlədən, ASK-ın vitse-prezidenti Zakir Nuriyev Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilmiş sahibkarlığın inkişafı proqramı üzrə sahibkarlığın inkişaf istiqamətlərindən, sahibkarların hüquqi savadlılığının artırılmasında və sahibkarlığın inkişafında Vəkillər Kollegiyası ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulamışdır.
 
Bundan sonra, KOBİA-nın Hüquq Şöbəsinin baş hüquqşunası, İdarə Heyətinin katibi Əlibaba Əliyev kiçik və orta sahibkarlara dövlət dəstəyi, sahibkarlığın regionlarda inkişaf etdirilməsi istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
 
Tədbirdə, həmçinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova “Sahibkarlıq sahəsində hüquqi yardımın rolu”, Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyev “Sahibkarlıq subyektlərinin xeyrinə qət edilmiş məhkəmə aktlarının icrasında yaranan problemlər”, “Azinteroil” və “Riyad Renta” MMC-lərinin nümayəndəsi Məmmədov Şirin “Sahibkarlıq və məhkəmə təcrübəsi” mövzuları üzrə çıxışlar etmişlər.
 
Sonradan Mərkəzin direktor müavini Gülşən Salmanova, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub, vəkillər Elgin Abdullayev, Zaur Abıyev, Elnur Nəcəfov çıxış etmişdilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.