Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır – İllər üzrə STATİSTİKA

Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır – İllər üzrə STATİSTİKA

Azərbaycanda əhalinin sayı artır, pensiya alanlar azalır – İllər üzrə STATİSTİKA
2021-06-21 , 17:03

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycan əhalisinin sayı 10 milyon 119,1 min nəfər olub və bunların 7,1%-ni və ya 716 min 391 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.


Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, 12 il əvvəl Azərbaycan əhalisinin sayı 8 milyon 997,6 min nəfər olub və bunların 9,5%-ni və ya 858 min 650 nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Qeyd edək ki, son 12 ildə - 2010-2021-ci illər ərzində Azərbaycan əhalisini sayı 12,5% və ya 1 milyon 121,5 min nəfər artıb. Lakin, bu dövürdə, yəni 2010-2021-ci illər ərzində Azərbaycanda yaşa görə pensiya alanların sayı 16,6% və ya  142 min 268  nəfər azalıb.
Aşağıdakı cədvəldə 2010-2021-ci illər ərzində Azərbaycanda əhalinin ümumi sayı və yaşa görə pensiya alanların sayı göstərilib:
TarixƏhalinin ümumi sayı (min nəfər)Yaşa görə pensiya alanların sayı (nəfər)
01.01.20108  997,6858 659
01.01.20119 111,1831 122
01.01.20129 235,1812 771
01.01.20139 356.5800 547
01.01.20149 477,1791 263
01.01.20159 593785 068
01.01.20169 705,6781 238
01.01.20179 810781 957
01.01.20189 898,1780 756
01.01.20199 981,5757 397
01.01.202010 067,1742 030
01.01.202110 119,1716 391
Məlumat üçün bildirək ki, əhalinin sayı artdığı halda yaşa görə pensiya alanların sayının azalmasının əsas səbəbi Azərbaycanda pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 12 il əvvəl – 2010-cu ildə Azərbaycanda 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardı.
Kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılıb.
Daha sonra kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb.
Nəticədə son 10 ildə kişilərin pensiya yaşı 62 yaşından 65 yaşına, qadınların yaş həddi isə 57 yaşından 62 yaşa (2027-ci ildə 65 yaş olacaq) çatdırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.