Azərbaycanda qaz limiti sıfırlandı

Azərbaycanda qaz limiti sıfırlandı Bu gündən Azərbaycanda smart tipli qaz sayğaclarında əhali üçün nəzərdə tutulan 2200 kub metrlik qaz limiti sıfırlanıb.“Yeni Sabah” xəbər verir ki, bu gündən 2019-cu ildə bu limiti keçib-keçməməsindən asılı olmayaraq bütün smart tipli qaz sayğaclarından istifadə edən abonentlər qazın 1 kub metrini 10 qəpiyə alacaqlar.

“Azəriqaz” İstehsalat Birliyi hələ ötən ilin sonlarından açıqlama vermişdi ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da olacaq.

Bu gündən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılacaq. Azərbaycanda smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

Mexaniki sayğaclarda isə hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin, 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq. Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü - yanvarın 7-dən başlanılacaq.

Yenisabah.az
Geri qayıt