BAEA-nın baş direktoru Azərbaycana gəlib

BAEA-nın baş direktoru Azərbaycana gəlib Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin baş direktoru Rafael Qrossi Azərbaycandadır.
Yenilik.az xəbər verir ki, o, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir.
Rafael Qrossi özünün “Twitter” səhifəsindən iclasla əlaqədar paylaşım edib.
O vurğulayıb ki, Qoşulmama Hərəkatı pandemiyanın ən qızğın vaxtında fəaliyyətini düzgün istiqamətdə qurub, digər ölkələrə yardım prosesində yaxından iştirak edib.


 

Geri qayıt