İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri başa çatıb

İraq Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.