Bakının bir hissəsində qaz olmayacaq

Bakının bir hissəsində qaz olmayacaq Bakının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Yenilik.az xəbər verir ki, “Azəriqaz” İB-dən bildirilib ki, qaz təchizatının yaxşılaşdırılması və fasiləsiz qaz təminatının təmin edilməsi məqsədi ilə bu gün Suraxanı rayonu, “Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsinin, Zığ bağlarının, Bahar, Dədə Qorqud, Sahil yaşayış massivlərinin və Suraxanı rayonunda yerləşən MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geri qayıt