
“Su ehtiyatlarımız azdır, proqnozlarımız o qədər də sakitləşdirici deyil. Son illər su ehtiyatlarımız azalmağa doğru gedir”.
Yenilik.az xəbər verir ki, bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini
Vüqar Kərimov deyib.
O qeyd edib ki, 2050-ci ildə su ehtiyatlarımızın 15-20 faiz azalacağı gözlənilir.