Bakının bir sıra yollarında tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac var - SİYAHI Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Yenilik.az xəbər verir ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. “20 Yanvar” dairəsində;
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
7. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Geri qayıt