Ötən il yüzlərlə şəxsin təqaüdü kəsilib

Ötən il yüzlərlə şəxsin təqaüdü kəsilib 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib.
Yenilik.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə bildirilib.
Həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisdə təqdim olunur. Hesabatı Baş nazir Əli Əsədov deputatların diqqətinə çatdırır.

Geri qayıt