Azərbaycan ət idxalını artırıb

Azərbaycan ət idxalını artırıb Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
Yenilik.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu həcmdə ətin dəyəri 11 milyon 992 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 ton (1,9 %) çoxdur, dəyər baxımından isə 139 min ABŞ dollar (1,1 % ) azdır.
Xatırladaq ki, yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, bir il əvvələ nisbətən ət istehsalı 2,8%, süd istehsalı 1,1% və yumurta istehsalı 16,1% artıb.

Geri qayıt