Hərbçilərimiz Füzulidə təxribatın qarşısını aldılar

Hərbçilərimiz Füzulidə təxribatın qarşısını aldılar Martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.
Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Geri qayıt